Babycare Crown Dino Sports əyləncəli elementlərlə zəngin müasir döşəmə örtüyüdür. Baby Care Dino Sports-un dizaynı rəngarəng və maraqlıdır. Ön tərəfdə müxtəlif idman növləri ilə məşğul olan dinozavr rəsmləri verilmişdir. Bu rəsmlər həm əyləncəli oyuna səbəb olacaq, həm də övladlarınızın müxtəlif idman növləri barədə məlumatlanmasını təmin edəcəkdir. Playmatın arxa hissəsində isə balaca kvadratların içərisində latın əlifbasının hərfləri verilmişdir. Bu da hərfləri əyləncəli şəkildə öyrənməyə kömək olur. Bir sözlə uşaqlar həm öyrənə, həm də əylənə bilər.
Funksionallıq sayəsində playmatdan həm oyunlar və aktiv hərəkətlər zamanı istifadə etmək, həm də hərfləri və idman növlərini öyrənmək olur. İnformasiya vermək, yumşaq olmaq, zərbələrə dözümlü olmaq kimi funksiyalar körpələrin inkişafı üçün vacibdir. Eyni zamanda playmatın bir sıra vacib xüsusiyyətləri vardır ki, onlara diqqət yetirmək gərəkir: Ekoloji təmizdir Rəngarəng dizaynı var Zərbəyə davamlıdır Məlumatlandırıcıdır Su keçirmir
Babycare Crown Dino Sports maksimum təhlükəsizdir. Odur ki, bu playmatdan istifadənin heç bir zərərli təsiri yoxdur. Amortizasiya hesabına üstündə aktiv hərəkətlər zamanı körpələri hər cür travmalardan qoruyur. Ekoloji cəhətdən təmizdir. Antiallergendir. Bu playmatda oyun zamanı övladınız bakteriaların zərərli təsirindən tam mühafizə olunur. Məhsulun istehsalı zamanı heç bir zərərli maddələrdən istifadə edilməmişdir. Tərkibində ağır metallar (Pb, Ba, Cd, Hg, Cr, As, Sb, Se) yoxdur.