Pingko Friends

YUMŞAQ PLAYMATLAR / Babycare Crown

Pingko Friends

HAQQINDA

Babycare Crown Pingko Friends playmatının ön hissəsinin mövzusu Pingko və onun dostlarıdır. Balaca Pingko sizin balacalar ilə oynayacaq və onları əyləndirəcəkdir. Nəticədə övladlarınızın təxəyyülü inkişaf edəcəkdir. Playmatın arxa hissəsinin dizaynında isə balaca və rəngarəng kvadratlar vardır. Həmin kvadratların içərisində latın əlifbasının hərfləri və heyvan rəsmləri təsvir edilmişdir. Bu öyrədici elementlər isə zehni inkişafı təmin edəcəkdir. Playmat həm qonaq otağında, həm uşaq otağında rahat istifadə edilə bilər.

264
Say
ÖLÇÜSÜ
X X
Praktik
Möhkəm
Tez təmizlənən
Ekoloji təmiz
Sadə
Made in Korea

FUNKSIONALLIQ

Körpələrin aktiv hərəkətləri üçün faydalıdır. Bu playmatın yer örtüyü ola bilmək, zədələrdən qorumaq, soyuq və istinin təsirinin qarşısını ala bilmək kimi funksiyaları vardır. Babycare Crown Pingko Friends -in bəzi vacib xüsusiyyətləri də vardır ki, valideynlər bunu bilməlidir: Antibakterialdır Gigiyenikdir Elastikdir Pozitiv dizaynı var Su keçirmir

TƏHLÜKƏSİZLİK

Babycare Crown Pingko Friends təhlükəsiz məhsuldur. Heç bir zərəri yoxdur. Amortizasiya hesabına üstündə aktiv hərəkətlər asandır. Ekoloji təmiz məhsul olan bu döşəmə örtüyünün üzərində oyun zamanı övladınız bakteriaların zərərli təsirindən uzaq olur. İstehsal prosesində zərərli maddələrdən istifadə edilməmişdir. Tərkibində ağır metallar (Pb, Ba, Cd, Hg, Cr, As, Sb, Se) mövcud deyildir

VACİB XÜSUSİYYƏTLƏRİ

Cəlbedici, Praktik və Rahat
TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Babycare Crown Pingko Friends playmatının qalınlığı 13 mm-dir. Digər ölçülər isə 2100x1400 olub, oyunlar üçün ideal məkan ölçülərini təşkil edir. İstiliyə davamlıdır. Odur ki, isti döşəmələrdə bu playmatlardan istifadə çox münasibdir. Playmat soyuğa da davamlıdır və balacaları soyuq döşəmənin təsirindən də qoruyur. Məhsulun texniki xüsusiyyətləri isə beynəlxalq keyfiyyət standartlarının, eləcə də ABŞ və Avropanın istehlak normalarının tələblərinə uyğundur. Nəm salfet və ya dəsmal ilə təmizlənir. Təmizlənmə zamanı kimyəvi təmizləyicidən istifadə etmək tövsiyyə olunmur.