Dino Land ABC

YUMŞAQ PLAYMATLAR / Dwinguler

Dino Land ABC

HAQQINDA

Dino Land ABC körpələrin fantaziyasının inkişafı, təxəyyülünün güclənməsi üçün xüsusi dizayn edilmişdir. Belə ki, playmatın ön hissəsinin dizaynında istifadə edilən elementlər sırf məntiqi təfəkkürün inkişafı üçün nəzərdə tutulub. Bu öyrədici modellər hesabına körpəniz həm əylənəcək, həm də dünya görüşünü inkişaf etdirəcək. Dino Land ABC playmatının mövzusu dinozavrdır. Bu mövzu üzərindən “playmat” özündə şən və əyləncəli bir oyunu ehtiva edir. Həmçinin bu oyun sadəcə əyləncəli yox, eyni zamanda öyrədicidir. Playmatın arxa hissəsi də xüsusi şəkildə dizayn edilmişdir. Dwinguler Dino Land ABC arxa hissəsi də əyləncəli elementlərlə xüsusi şəkildə dizayn edilmişdir. Öyrədici elementlərin əks olunduğu bu xüsusi dizayn isə daha çox müqayisə, fərqləri seçmək kimi vacib anlayışları körpənizə aşılayacaq. Sadəlik hesabına isə Dino Land ABC körpələrdə məntiqi təfəkkür inkişaf edəcək.

399
Say
ÖLÇÜSÜ
X X
Praktik
Möhkəm
Tez təmizlənən
Ekoloji təmiz
Sadə
Made in Korea

FUNKSIONALLIQ

Dwinguler brendinin bütün məhsulları çox funksionallığı ilə seçilir. Dino Land ABC oyun matı da bu xüsusiyyəti özündə cəm etmiş bir məhsuldur. Dino Land ABC playmatının yumşaqlığı onun üzərində bütün hərəkətləri rahat edə bilmək imkanı verir. Playmatın rahat və yumşaq hissələri onların üzərində gimnastik hərəkətləri belə rahatlıqla etməyə imkan verir. Bunun hesabına da körpələrin inkişaf etməkdə olan əzələləri düzgün formalaşacaqdır. Körpələr oynadıqca həm zehni, həm də fiziki inkişaf edəcəklər.

TƏHLÜKƏSİZLİK

Zərbələrə qarşı davamlılıq və üzərində müxtəlif hərəkətləri edə bilmək imkanı bu playmatları olduqca təhlükəsiz etməkdədir. Həmçinin playmatın hazırlandığı materiallar beynəlxalq standartların tələblərinə cavab verir və sertifikatlaşdırılmış məhsullardır. Körpələrin dərisi ilə təmasda olarkən ona heç bir zərərli təsiri olmur. Dino Land ABC məhsulundakı amortizasiya və xüsusi elastiklik sayəsində körpələriniz zərbələrdən, zədə və travmalardan qorunacaqdır. Playmatın üzərində istədiyi hərəkətləri rahat edə biləcəklər.

VACİB XÜSUSİYYƏTLƏRİ

Cəlbedici, Praktik və Rahat
TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Dino Land ABC yumşaq playmat 15 mm qalınlığındadır. Ölçüləri isə 2300x1400 mm-dir. Bu oyun xalçası körpələrə rahat bir oyun məkanı olub çox əyləncəlidir. Qalınlıq və ölçülərin nisbəti müvafiq standartların tələbləri nəzərə alınmaqla məhz bu cür təyin edilmişdir. Məhsulun texniki göstəriciləri onun asan təmizlənə bilən olması imkanı yaradır. Belə ki, bu playmatları sadəcə nəm salfet vasitəsi ilə belə təmizləmək olar. Dino Land ABC məhsulunun təmizlənməsi zamanı hər hansı kimyəvi təmizləyicidən istifadə etmək tövsiyyə olunmur.