Zoo(Garden)

YUMŞAQ PLAYMATLAR / Dwinguler

Zoo(Garden)

HAQQINDA

Zoo (Garden) öz seriyasında unikallığı ilə seçilən bir məhsuldur. Bu unikallıq onun dizaynında öz əksini tapmışdır. Zoo (Garden) playmatları körpələrin fantaziyasının inkişafından ötrü çox önəmlidir. Çünki, üzərindəki təsvirlər və həmin təsvirə aid bütün elementlər birbaşa məntiqi mühakimənigücləndirir. Playmatın üzərindəki təsvirlər bunun üçün nəzərdə tutulub. Zehni və fiziki inkişafa yardımçı olacaq bu playmatlar həm də valideynlərin körpələrindən narahat olmaması üçün əvəzsiz təminatçıdır. İdeal oyun təcrübəsini və iki tərəfli istifadə imkanları oyunları əyləncəli hala gətirəcəkdir. Bu playmat həm də soyuqdan və istidən ideal qoruyucudur.

399
Say
ÖLÇÜSÜ
X X
Praktik
Möhkəm
Tez təmizlənən
Ekoloji təmiz
Sadə
Made in Korea

FUNKSIONALLIQ

Dwinguler brendinin bütün məhsulları çox funksionallığı ilə seçilir. Zoo (Garden) məhsulu da elə bu qəbildən olan bir məhsuldur. Öz yumşaqlığı sayəsində üzərində ediləcək hər bir hərəkəti rahatlaşdırır. Ona görə də bu playmatdan istifadə körpələrin hərəkət sistemini düzgün formalaşdırır. Ön və arxa hissələrən fərqli şəkildə dizayn edilməsi oyun təcrübəsini maraqlı və cəlbedici edir. Səsboğuculuq sayəsində isə çoxmərtəbəli binalarda belə körpələrin səs-küylü oyunları və qaçmaları ətrafdakıllara narahatlıq vermədən baş verir.

TƏHLÜKƏSİZLİK

Bu playmat olduqca təhlükəsizdir. İlk növbədə yüksək amortizasiya sayəsində körpələri zədələrdən qoruyacaqdın. Adi döşəmədə hərəkət körpələrin dərisini cıza bilər. Amma hamar səthi sayəsində Zoo (Garden) övladlarınızı cızıqlardan da belə qoruyur. Körpələrin dərisi həssasdır. Məhz bu xüsusiyyəti nəzərə alaraq playmatın istehsalında xüsusi maddələrdən istifadə edilmişdir ki, təmasda olarkən övladlarınıza heç bir zərərli təsiri olmasın. Bakteriyaların playmatın üzərində qala bilməsinə də heç bir şans yoxdur. Əminliklə deyə bilərik ki, bu playmatda bakteriyaların zərərli təsiri sıfıra endirilmişdir.

VACİB XÜSUSİYYƏTLƏRİ

Cəlbedici, Praktik və Rahat
TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Zoo (Garden) seriyasından olan bu yumşaq playmatın qalınlığı 15 mm təşkil edir. En və uzunluğa aid göstəricilər isə 2300x1400 mm-dir. Məhsulun məhz bu ölçüdə istehsal edilməsi aparılmış araşdırmalar sayəsində ideal ölçülərin necə olmasına və Dwinguler brendinin çoxillik müştəri təcrübəsinə əsasən müəyyən edilmişdir. Məhsulun texniki göstəriciləri isə bizə imkan verir ki, Zoo (Garden) playmatı asanlıqla təmizlənə bilsin. Onu sadəcə nəm salfet və ya dəsmal ilə silib təmizləmək olar. Məhsulunun təmizlənməsi zamanı hər hansı kimyəvi təmizləyicidən istifadə etmək tövsiyyə olunmur.