Dwinguler Dino Land Russian yeni doğulmuş körpələrdən 7 yaşa qədər olan bütün uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu oyun xalısının üzərində Dino adlı dinozavr balası və onun yaşadığı ölkə təsvir olunmuşdur. Dino bütün günü məşğuldur. Atası və anası ilə qayıqda üzür, mahnı oxuyur, çiçək toplayır, oynayır və əylənir. Playmatın digər tərəfində isə rəngbərəng kvadratların üzərində Dinonun dostlarının şəkilləri və kiril qrafikalı rus əlifbası verilmişdir. Bu hissə daha çox övladlarınızın öyrənməsi və zehni inkişafı üçün nəzərdə tutulmuşdur. Dino Land Russian playmatı ilə hər bir uşaq həm öyrənə, həm də əylənə bilər.
İkitərəfli dizayn playmatdan həm oyunlar, həm də aktiv hərəkətlər zamanı faydalanmaq imkanı verir. Öyrədicilik, yumşaqlıq, qalınlıq və digər funksiyaları inkişaf üçün vacibdir. Eyni zamanda playmatın bir sıra vacib xüsusiyyətləri vardır ki, onlara diqqət yetirmək gərəkir: Antiallergendir İkitərəflidir Zərbəyə davamlıdır Öyrədicidir Güvənlidir Su keçirmir
Dwinguler brendinin Dino Land Russian adlı bu məhsulunun keyfiyyət göstəriciləri Avropa İttifaqının oyuncaq standartlarına (EN - 71), ABŞ istehlak mallarının təhlükəsizliyi qanununa (CPSIA) və digər beynəlxalq normalara uyğundur. Bu baxımdan da ondan istifadə etmək olduqca təhlükəsizdir, faydalıdır. Eyni zamanda amortizasiya, elastiklik və yumşaqlıq kimi xüsusiyyətlər sayəsində uşaqların əzələ sisteminin inkişafına da müsbət təsir göstərir. Məhsulun istehsalı zamanı heç bir zərərli maddələrdən istifadə edilməmişdir. Tərkibində ağır metallar (Pb, Ba, Cd, Hg, Cr, As, Sb, Se) yoxdur.