Car festival

YUMŞAQ PLAYMATLAR / Dwinguler

Car festival

HAQQINDA

Dwinguler Car Destival uşaqlar üçün ideal bir oyun məkanı kimi nəzərdə tutulmuş xüsusi playmatdır. Bu oyun xalısının ön hissəsində müxtəlif avtomobil şəkilləri təsvir edilmişdir. Burada həm yük maşınları, həm minik maşınları, hətta yanğınsöndürən maşını belə təsvir edilmişdir. Müxtəlif avtomobil təsvirləri körpələrin zehni inkişafına yardımçı olacaqdır. Arxa üzdə isə maşın yolları və maşınlar təsvir edilmişdir. Yol ilə hərəkət edən maşınların qarşısına isə müxtəlif rəqəmlər çıxır. Bu hissə daha çox övladlarınızın öyrənməsi və zehni inkişafı üçün nəzərdə tutulmuşdur.

299
Say
ÖLÇÜSÜ
X X
Praktik
Möhkəm
Tez təmizlənən
Ekoloji təmiz
Sadə
Made in Korea

FUNKSIONALLIQ

İkitərəfli dizayn playmatdan həm oyunlar, həm də aktiv hərəkətlər zamanı faydalanmaq imkanı verir. Öyrədicilik, yumşaqlıq, qalınlıq və digər funksiyaları inkişaf üçün vacibdir. Eyni zamanda playmatın bir sıra vacib xüsusiyyətləri vardır ki, onlara diqqət yetirmək gərəkir: Antiallergendir İkitərəflidir Zərbəyə davamlıdır Öyrədicidir Güvənlidir Su keçirmir

TƏHLÜKƏSİZLİK

Məhsulun istehsalı zamanı təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilmişdir. Belə ki, Dwinguler brendinin playmatları həm Avropa İttifaqının oyuncaq standartlarına (EN - 71), həm ABŞ istehlak mallarının təhlükəsizliyi qanununa (CPSIA), həm də beynəlxalq standartlara uyğun istehsal edilmişdir. Bu standart və normaların hər birində təhlükəsizlik məsələləri xüsusi nəzərə alındığından playmatlardan istifadənin heç bir fiziki və ya kimyəvi zərərli təsiri yoxdur. Məhsulun istehsalı zamanı heç bir zərərli maddələrdən istifadə edilməmişdir. Tərkibində ağır metallar (Pb, Ba, Cd, Hg, Cr, As, Sb, Se) yoxdur. Eyni zamanda amortizasiya, elastiklik və yumşaqlıq kimi xüsusiyyətlər sayəsində uşaqların əzələ sisteminin inkişafına da müsbət təsir göstərir.

VACİB XÜSUSİYYƏTLƏRİ

Cəlbedici, Praktik və Rahat
TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

DwingulerCar Festival oyun xalısının qalınlığı 15 mm, en və uzunluq ölçüləri isə 2300x1400 mm-dir. İstehsal prosesi ciddi nəzarət altında həyata keçirilən bu məhsul beynəlxalq standartlara uyğun gəlir. Onun texnoloji xüsusiyyəti ISO 9001-2008 standartının tələblərinə uyğundur. Dwinguler məhsulları asanlıqla təmizlənə bilir. Nəm salfet və ya dəsmal ilə silmək kifayətdir ki, playmat təmiz olsun Məhsulunun təmizlənməsi zamanı hər hansı kimyəvi təmizləyicidən istifadə etmək tövsiyyə olunmur.