Dwinguler Cow Town ikitərəfli yumşaq xüsusi unikal playmatdır. Bu oyun xalısının ön hissəsində müxtəlif heyvan şəkilləri təsvir edilmişdir. Arxa üzdə isə heyvan təsvirləri və onların adları qeyd edilmmişdir. Bu playmat hesabına övladlarınız heyvanları tanıya biləcək və fərqləndirəcəkdirlər. Coow Town playmatı həyata yeni başlayan körpələrin dünyanı kəşf edə bilmələri üçün unikal vasitədir. Bu yumşaq döşəmə örtüyü övladlarınızın zehni inkişafı üçün nəzərdə tutulmuşdur.
İkitərəfli dizayn playmatdan həm oyunlar, həm də aktiv hərəkətlər zamanı faydalanmaq imkanı verir. Öyrədicilik, yumşaqlıq, qalınlıq və digər funksiyaları inkişaf üçün vacibdir. Eyni zamanda playmatın bir sıra vacib xüsusiyyətləri vardır ki, onlara diqqət yetirmək gərəkir: Antiallergendir Zərbəyə davamlıdır Öyrədicidir Güvənlidir Su keçirmir
Məhsulun istehsalı zamanı təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilmişdir. Belə ki, Dwinguler brendinin playmatları həm Avropa İttifaqının oyuncaq standartlarına (EN - 71), həm ABŞ istehlak mallarının təhlükəsizliyi qanununa (CPSIA), həm də beynəlxalq standartlara uyğun istehsal edilmişdir. Bu standart və normaların hər birində təhlükəsizlik məsələləri xüsusi nəzərə alındığından playmatlardan istifadənin heç bir fiziki və ya kimyəvi zərərli təsiri yoxdur. Məhsulun istehsalı zamanı heç bir zərərli maddələrdən istifadə edilməmişdir. Tərkibində ağır metallar (Pb, Ba, Cd, Hg, Cr, As, Sb, Se) yoxdur. Eyni zamanda amortizasiya, elastiklik və yumşaqlıq kimi xüsusiyyətlər sayəsində uşaqların əzələ sisteminin inkişafına da müsbət təsir göstərir.